1952-ci ildə Puerto-Riko sahilləri yaxınlığında okeana düşərək 52 nəfərin ölümünə səbəb olan sərnişin təyyarəsinin qalıqları aşkar edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də yerləşən Hava-Dəniz İrsi Fondunun (Air-Sea Heritage Foundation) əməkdaşlığı ilə 74 il əvvəl okeana düşən təyyarənin axtarışı ilə bağlı aparılan araşdırmalar nəticə verib.
Fondun rəsmi internet səhifəsində yayılan açıqlamada bildirilib ki, illər davam edən axtarışlardan sonra iyunun 2-də təyyarənin gövdəsi və quyruq hissəsi sualtı dron vasitəsilə təxminən 610 metr dərinlikdə müəyyən edilib.
Qalıqların tapılmasında Puerto-Rikoda qəza ilə bağlı keçirilən məhkəmə iclaslarının protokolları və hadisənin şahidi olmuş ABŞ Hərbi Hava Qüvvələri pilotlarının qəza yerinə dair ehtimalları əsasında hazırlanmış xəritə mühüm rol oynayıb.
ABŞ-ın "Pan American" aviaşirkətinə məxsus "Douglas DC-4" tipli təyyarə 11 iyul 1952-ci ildə havaya qalxdıqdan qısa müddət sonra okeana düşüb. Qəza nəticəsində təyyarədə olan 52 nəfərin hamısı həyatını itirib.
Həmin hadisə kommersiya aviareyslərində sərnişinlərə təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırmanın məcburi tətbiq edilməsinə səbəb olan mühüm dönüş nöqtələrindən biri kimi tarixə düşüb.