Ərdoğanı bu tarixdə ABŞ-da gözləyirlər

00:24 - 11 May 2024

Ərdoğanı bu tarixdə ABŞ-da gözləyirlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a səfər edə bilər.

 

Manset.az  publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında çıxışı zamanı deyib.

"Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb", - "Yeni Akit" qəzeti Bassın sözlərindən sitat gətirib.

Diplomat həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb. Ərdoğanın ABŞ-a səfəri ilkin olaraq mayın əvvəlinə planlaşdırılmışdı, amma təxirə salındı.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin