Azərbaycanda elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər təsdiqləndi

18:34 - 20 May 2024

Azərbaycanda elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər təsdiqləndi

Nazirlər Kabineti “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”i təsdiq edib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Azərenerji” ASC ötürücü şəbəkəyə münasibətdə, “Azərişıq” ASC paylayıcı şəbəkəyə münasibətdə elektrik şəbəkələrinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1 000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun ləğv edilib


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin