Bakıda 150 min manatlıq dələduzluq

11:08 - 21 May 2024

Bakıda 150 min manatlıq dələduzluq

Mayın 16-da Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150.000 manatının alınması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Taleh Süleymanov və əvvəllər məhkum olunmuş Fariz Aslanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin