Qlobal ömür uzunluğu 5 il artacaq - ARAŞDIRMA

11:52 - 21 May 2024

Qlobal ömür uzunluğu 5 il artacaq - ARAŞDIRMA

Tədqiqatçılar 2050-ci ilə qədər dünya üzrə orta ömür uzunluğunun təxminən beş il artacağını, kişilərin 76, qadınların isə 80 yaşa qədər yaşayacağını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tibb jurnalı Lancetdə qlobal ömür uzunluğu, sağlam ömür və ölüm nisbəti kimi meyarlar 204 ölkə və regionda təhlil edilib və 2050-ci ilə qədər qlobal ömür uzunluğunun orta hesabla 4,5 il artacağını ortaya qoyub.

Beləki, 2022-ci ildən 2050-ci ilə qədər kişilər üçün gözlənilən ömür uzunluğu 4,9 il, qadınlar üçün 4,2 il artacağı proqnozlaşdırılır, kişilərin 76, qadınların isə 80 yaşa qədər yaşayacağı gözlənilir.

Bu gün gözlənilən ömür uzunluğunun artımı daha az ömür sürən regionlarda daha aydın müşahidə olunur. Beləliklə, ömür boşluğu bir az daha daralacaq.

Bu artım ürək-damar xəstəlikləri və COVID-19 kimi yoluxucu xəstəliklərin, həmçinin ana, yeni doğulmuş və qidalanma xəstəliklərinin yayılmasını və təsirini əhəmiyyətli dərəcədə azaldan ictimai səhiyyənin effektiv təşəbbüsləri ilə şərtlənir.

Digər tərəfdən, qeyri-infeksion xərçəng, şəkərli diabet, piylənmə, qan təzyiqi, siqaret, düzgün qidalanmama və xroniki obstruktiv ağciyər xəstəliyi kimi problemlər də qlobal sağlamlıq üçün yeni bir yük yaradacaq.

İnsanlar uzun ömür sürdükcə, onların sağlamlıq vəziyyətinin pis olduğu illərin sayının da artması gözlənilir.

Qlobal orta ömür uzunluğu 78,1 yaşa qədər artsa da, sağlam ömür uzunluğu cəmi 2,6 il artaraq 67,4 yaşa çatacaq.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin