Körpə anasının ölümündən 117 gün sonra dünyaya gəldi

12:25 - 21 May 2024

Körpə anasının ölümündən 117 gün sonra dünyaya gəldi

 

Çexiyada Eliska adlı körpə anasının ölümündən düz 117 gün sonra dünyaya gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstəxanada beyin ölümü olan hamilə qadının dölün inkişafını təmin etmək üçün 3 aydan çox yaşamaq uğrunda mübarizə apararaq sağlam qız uşağı dünyaya gətirib.

Brno Universitet Xəstəxanasından verilən açıqlamada Eliskanın avqustun 15-də 2,1 kq çəki və 42 sm boyunda doğulduğu və evə buraxıldığı qeyd edilib.

Körpənin süd ehtiyacını xalası qarşılayıb.

Balaca körpənin 27 yaşlı anası aprelin 21-də 16 həftəlik hamilə ikən beyin ölümü keçirib.

Xəstəxana gənc qadının epilepsiya xəstəsi olduğunu qeyd edib.

Bu prosesdə anesteziologiya, reanimasiya,  mamalıq və ginekologiya kimi bir çox şöbənin mütəxəssisləri birlikdə çalışaraq dölün sağ qalmasını təmin ediblər.

Dünyada belə halların sayı cəmi 20 olsa da, xəstəxanadan verilən məlumata görə, xəstəliyin uzunluğuna (ana cəmi 117 gün sağ qalıb) və körpənin inkişafına görə unikal olub.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin