Netanyahu və HƏMAS liderinin həbsi qərarında məşhur aktyorun həyat yoldaşının rolu

15:25 - 21 May 2024

Netanyahu və HƏMAS liderinin həbsi qərarında məşhur aktyorun həyat yoldaşının rolu

Məşhur aktyor Corc Kluninin həyat yoldaşı, britaniyalı insan haqları üzrə vəkil Amal Kluni İsrailin baş naziri Binyamin Netanyahu və HƏMAS lideri Yəhya Sinvarın hərbi cinayətlər törətməkdə ittiham olunaraq Beynəlxalq Cinayət Məhkəməsində (ICC) həbsinə order verilməsi prosesində mühüm rol oynayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amal Kluni, BCM-nin baş prokuroru Kərim Xanın dünən açıqladığı Netanyahu, İsrailin müdafiə naziri Yoav Gallant və HƏMAS-ın üç liderinin həbsinə order verilməsi qərarında mühüm rol oynayan 6 hüquq ekspertindən biri olub.

Kluni, dörd ay əvvəl Xan tərəfindən hərbi cinayətlərə dair sübutları nəzərdən keçirmək üçün dəvət olunub.

Kluni rəsmi açıqlamasında, "Bir insan haqları vəkili olaraq, bir uşağın həyatının digərindən daha az dəyərli olmasını heç vaxt qəbul etməyəcəyəm. Hər hansı bir münaqişənin qanun çərçivəsindən kənarda qalmasını və ya heç bir günahkarın qanun çərçivəsindən üstün olmadığını qəbul etmirəm" etmirəm deyib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin