“Azeri Light” bir az da ucuzlaşdı

09:27 - 23 May 2024

“Azeri Light” bir az da ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti növbəti dəfə ucuzlaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.31 ABŞ dolları və ya 0.4% azalaraq 84.54 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, mayın 22-də “Azeri Light” 84.23 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin