Sərnişin təyyarəsi flaminqo sürüsünə çırpıldı: 36 quş öldü

14:49 - 23 May 2024

Sərnişin təyyarəsi flaminqo sürüsünə çırpıldı: 36 quş öldü

Hindistanın Mumbayın Ghatkopar bölgəsində Emirates Hava Yollarına məxsus təyyarə flaminqo sürüsünə çırpılıb və qəza nəticəsində 36 quş ölüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xırda ziyan gördüyü bildirilən təyyarə 310 sərnişinlə təhlükəsiz yerə enib.

Hindustan Times-ın məlumatına görə, qəza Mumbayın Ghatkopar rayonunda baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam edərkən ekoloji ekspertlər ərazidə çəkilən elektrik xətlərinin quşların istiqamətini itirməsinə səbəb olduğunu və qəzanın məhz bu səbəbdən baş verdiyini bildiriblər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin