Məşhur aktyor 1 milyon avroluq şam yeməyi təklifini rədd etdi

15:02 - 23 May 2024

Məşhur aktyor 1 milyon avroluq şam yeməyi təklifini rədd etdi

Son dövrün məşhur aktyorlarından olan türkiyəli məşhur aktyor Can Yaman onunla görüşmək istəyən Dubay ailəsinin 1 milyon avro şam yeməyi təklifini rədd edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusilə İtaliyada böyük nüfuz qazanan Can Yaman “Bunu heç vaxt qəbul etmərəm” deyərək təklifi rədd edib və narahat olunmaq istəmədiyini bildirib.

Rol aldığı layihələr üçün İtaliyada yaşamağa başlayan Can Yaman son aylarda sosial mediada izləyicilərinə verdiyi cavabla gündəm olmuşdu. İzləyicisinin "Yeni serialınızla məşhurlaşsanız, sizi ulduzlarla rəqs etməyə dəvət edəcəklər" şərhinə əsəbiləşən aktyor "Məni onsuz da dəvət edirlər. Sənin kimi pərəstişkarlarım başa düşməlidirlər ki, mənim kimi beynəlxalq aktyor başqaları kimi az maaşlı serial çəkməz” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin