Hərbçilərimiz NATO görüşündə

20:42 - 23 May 2024

Hərbçilərimiz NATO görüşündə

Azərbaycan Ordusunun zabitləri mayın 22-23-də növbəlilik prinsipinə (bir il Azərbaycanda, bir il Niderlandda) uyğun olaraq, NATO-nun Brunsum Birgə Qüvvələr Komandanlığında “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər.

 

Manset.az  xəbər verir ki, tədbirdə Beynəlxalq Hərbi Qərargah, SHAPE Qərargahı və Brunsum Birgə Qüvvələr Komandanlığından 8 nümayəndə olmaqla ümumilikdə 13 nəfər iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd 2024-2025-ci illər üzrə əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi, əməkdaşlıq işinə cəlb olunan azərbaycanlı zabitlərlə şəxsən müzakirələrin aparılması və ümumilikdə NATO ilə praktiki hərbi əməkdaşlıq prosesində qarşıya çıxan bütün məsələlərin aydınlaşdırılması olub. Görüşdə, eyni zamanda, Komandanlığın rəhbər heyətinin iyulun 1-5-də Bakıya səfərinin yekun təfərrüatları müzakirə edilib.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin