İsrail ordusu oktyabrın 7-də HƏMAS-ın hücumunda həlak olan üç girovun cəsədinin tapıldığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ordu və kəşfiyyat orqanlarının birgə əməliyyatı nəticəsində cəsədlər Cibaliyədən çıxarılıb.
İsrail Milli Məhkəmə Tibb İnstitutunun həkimləri və İsrail polisi cəsədlərin şəxsiyyətini müəyyənləşdirib.
Müharibənin davam etdiyi Qəzza zolağında girovların dəyişdirilməsi və atəşkəs üçün İsrail hökumətinə təzyiqlər günü-gündən artır.
Əfsanə Rəcəb
Manşet.az