"Real" baş məşqçisindən Arda Gülərlə bağlı gözlənilməz qərar

18:45 - 24 May 2024

\"Real\" baş məşqçisindən Arda Gülərlə bağlı gözlənilməz qərar

Qısa zamanda "Real Madrid" azarkeşlərinin sevimlisinə çevirilən Arda Gülərlə bağlı gözlənilməz qərar verilib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti 19 yaşlı oyunçunun mövqeyini dəyişməyə qərar verib.

Belə ki, yarımmüdafiədə oynayan Toni Kross karyerasını bitirmək qərarına gəlib. Luka Modriçin isə klubdakı gələcəyi bəlli deyil.

Bu səbəbdən Ançelotti Ardanı yarımmüdafiədə oynatmaq qərarına gəlib.

Qeyd edək ki, baş məşqçi son dövrlər türk futbolçunu sol cinahda oynadırdı.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az