Banqladeşə gedən türkiyəli aktyor Burak Özçivitin avtomobili pərəstişkarları tərəfindən əngəllənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir brendi tanıtmaq üçün Banqladeşə gedən aktyorun pərəstişkarları avtomobilinin ön hissəsini kəsərək izdiham yaradıblar.
Özçivit sürücüdən vasitənin dam pəncərəsini açmasını istəyib və oradan pərəstişkarlarını salamlayıb.
Özçivitin maşını irəli gedə bilmədiyi üçün polis hadisəyə müdaxilə edib.
Əfsanə Rəcəb
Manşet.az