“Bu mənim üçün şərəfdir.”
Manset.az Tgrt Haber-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyi dövründə cəhd etdiyi, lakin qadağan edə bilmədiyi "TikTok" platformasında hesab açıb.
"Realdonaldtrump" istifadəçi adı olan hesabda hazırda bir video var.
"“TikTok" hesabımı açdım. “Bu mənim üçün şərəfdir.” ” başlığı ilə yayımlanan video qısa müddət ərzində 60 milyon baxışı keçib, hesab hazırda 3,6 milyon izləyicini keçib.
Jalə
Manşet.az