Qəzəbli ata oğlu haqqında seksual fikirlər səsləndirən aktyoru yumruqladı

17:02 - 4 İyun 2024

Qəzəbli ata oğlu haqqında seksual fikirlər səsləndirən aktyoru yumruqladı

İspaniyalı komediya aktyoru Xayme Karavaka Madriddəki şousu zamanı üç aylıq uşaq haqqında seksual ifadələr işlətdiyi səbəbiylə atası tərəfindən hücuma məruz qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzəbli ata səhnəyə çıxaraq komediyaçıya yumruq zərbələri endirib.

Hücum edən Alberto Pugilato "Oğlum haqqında söylədiyin pedofil şərhləri üzümə de, sən əclafsan!" deyə qışqırıb. Pugilatonun qeyd etdiyi şərhlər bir gün əvvəl sosial mediada Karavaka tərəfindən edilib. Pugilato kiçik oğlu ilə birlikdə "Qürur və xoşbəxtlik" başlığqlı fotosunu paylaşıb. Karavaka isə "Oğlunuzun gey olma ehtimalından heç kim qaça bilməyəcək" şərhini verib. Bu şərhə çox əsəbiləşən şəxs verilişə gələrək səhnədə aktyora hücum edib. Izləyicilər onu sakitləşdirə bilməyib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin