"Qarabağ"ın 5 legioneri milliyə dəvət aldı - FOTOLAR

11:38 - 5 İyun 2024

"Qarabağ" klubunun 5 legioneri öz ölkələrinin millilərinə dəvət alıb.

 

Manset.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Marko Yankoviç və Marko Veşoviç Monteneqro, Yassin Benzia Əlcəzair, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade isə Kabo Verde millisinə çağırılıb.

Qeyd edək ki, "Qarabağ" 2023/2024 mövsümündə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.



Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin