Bayden səhnədə olmayan stulda oturmağa çalışdı - VİDEO

13:21 - 7 İyun 2024

Bayden səhnədə olmayan stulda oturmağa çalışdı - VİDEO

ABŞ prezidenti Co Bayden Fransada Normandiya desantının anım mərasimində etdiyi hərəkət ilə yenidən gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa prezidenti Emmanuel Makron ilə səhnədə salamlamlaşdıqdan sonra Bayden mövcud olmayan stulda oturmağa çalışıb.

Kadrlarda Baydenin dizlərini əyərək əlini havada hərəkət etdirərək xəyali stul axtardığı görülüb.

Sosial mediada yayılan görüntülərlə bağlı bəzi istifadəçilər Baydenin yaşı və sağlamlıq vəziyyəti ilə bağlı tənqidi şərhlər ediblər.

Respublikaçılar sosial mediada “Lütfən, Co Bayden bir gün belə bizi səhnədə utandırmadan keçirə bilməzmi? Çoxmu şey istəyirik?” deyib.

81 yaşlı ABŞ prezidenti bundan əvvəl də NATO üzvlərindən danışarkən iki Skandinaviya ölkəsi olan Finlandiya və Norveçi qarışdıraraq “İsveç və Norveçi də daxil etməklə NATO və NATO-nun sərhədlərini genişləndirdiniz” demişdi.

Bir dəfə də Cənubi Koreya ilə Şimali Koreyanı səhv salan Bayden rəqibi Donald Tramp haqqında danışarkən “Cənubi Koreya prezidenti Kim Çen Ina yazdığı sevgi məktublarını və Putinə heyranlığını heç vaxt unutmayacağıq” demişdi.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin