İlon Maskdan qorxulu proqnoz

13:44 - 17 İyun 2024

İlon Maskdan qorxulu proqnoz

"Gələcəkdə insanlar bir-biri ilə ünsiyyət qurmaq üçün telefon əvəzinə beyin implantlarından istifadə edəcəklər".
 

Manset.az publika.az-a istinadən xəbər verir ki, bu qorxulu proqnozu "X" sosial şəbəkəsində iş adamı, "SpaceX" və "Tesla"nın sahibi İlon Mask verib.

"Not Elon Musk" adlı istifadəşi İlon Maskın paylaşımına reaksiya verib. O, Maskdan özünə yeni telefonu öz fikirləri ilə idarə etməyə imkan verəcək implant quraşdırıb-qurmayacağını soruşub.

"Gələcəkdə telefonlar olmayacaq, yalnız "Neuralink"" , - deyə Mask cavab verib.

May ayının sonunda İlon Maska məxsus "Neuralink" startapı mikroçipləmə üçün üç yeni xəstə axtarmağa başlayıb. Şirkət 2026-cı ildə mikroçipli cihazlar üzərində araşdırmalara başlamaq niyyətindədir.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin