Şəmkirdə DƏHŞƏT: Tilov balıqçının ürəyini deşdi

20:08 - 17 İyun 2024

Şəmkirdə DƏHŞƏT: Tilov balıqçının ürəyini deşdi

Şəmkirdə balıqçı faciəvi şəkildə ölüb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Kür qəsəbəsinin ərazisində yerləşən Yenikənd Su Elektrik Stansiyasında baş verib.

Gəncə şəhər sakini 43 yaşlı Orxan Eldar oğlu Mamayev balıq ovlayan zaman ehtiyatsızlıqdan yıxılıb. Bu zaman bədbəxtlikdən onun əlində tilovun qarmaq hissəsi ürəyinə batıb. Nəticədə O. Mamayev yerindəcə keçinib.
Araşdırmalar aparılır.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin