“Ukrayna Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır”- Palata sədri

19:21 - 24 İyun 2021

“Ukrayna Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır”- Palata sədri

Ukrayna Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına qoşulmağa hazırdır.

Manset.az-ın məlumatına görə, bunu Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın yeni tarixində baş verən mühüm hadisəni alqışlayır: “Bizim üçün bu çox vacibdir və biz Azərbaycan xalqı üçün çox narahatıq”.

O bildirib ki, artıq Ukraynanın Ticarət və Sənaye Palatası və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) arasında bununla bağlı müzakirələr aparılıb: “Bizə bununla bağlı tam məlumatlar lazımdır. Artıq razılığa gəlinib ki, yaxın zamanlarda Azərbaycan və ukraynalı iş adamları arasında video-körpü təşkil ediləcək və Azərbaycan tərəfinə nə lazım olduğu tam aydın olacaq”.

G. Çijikov deyir ki, bu video-körpü birgə əlaqələndirmə işlərinin həyata keçirilməsinə yardım edəcək: “Düşünürəm ki, bizim nə qədər çox və düzgün məlumatımız olacaqsa, biz bu proseslərdə daha fəal iştirak edəcəyik”.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin