Azərbaycanda məşhur aparıcı efirdən getdi - FOTO
12 Sentyabr 2024
20:55 - 14 İyul 2024
Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.
Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin