Xaricdə yaşayan fələstinlilər Microsoftun xəbərdarlıq etmədən onların “Skype” və “E-poçt” ünvanlarını blokladığını bildiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzada yaşayan ailələri ilə əlaqə saxlamaq istəyən fələstinlilər öz hesablarını istifadə edə bilmədiklərini söyləyib.
Səudiyyə Ərəbistanında yaşayan Eiad Hametto BBC-yə bunları deyib:
“Təxminən 20 ilə yaxındır istifadə etdiyim e-poçt hesabımı bağladılar. Bütün biznesim bu hesaba bağlı idi”.
Hametto "Skype" əlaqəsi qura bilmədiyi üçün Qəzzadakı ailəsi ilə də əlaqə saxlaya bilmədiyini deyib.
“Biz sadəcə ailələrimiz ilə əlaqə saxlamaq istəyirik”.
Fidan Əliyeva
Manşet.az