Anderson Talisca Türkiyəyə qayıdır

17:46 - 15 İyul 2024

Anderson Talisca Türkiyəyə qayıdır

Bir vaxtlar Beşiktaş" forması ilə Superliqada heyrətamiz oyunu ilə yadda qalan braziliyalı ulduz futbolçu Anderson Taliska yenidən Türkiyəyə qayıtmağa hazırlaşır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Karyerasını “Əl-Nəsr”də davam etdirən təcrübəli futbolçu mövsümün sonunda Səudiyyə Ərəbistanını tərk edəcək. Braziliya mətbuatında yer alan xəbərə görə, Taliskanın yenidən Superliqaya qayıtma ehtimalı yüksəkdir. 

Taliscanın Səudiyyə Ərəbistanından ayrıldıqdan sonra "Beşiktaş"la görüşəcəyi bildirilib.

Futbolsevərləri coşdurmağı bacaran bu xəbərin tezliklə rəsmiləşəcəyi gözlənilir.

 

Fidan Əliyeva

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az