"Qarabağ" bu gün Avstriyada yoxlama oyunu keçirəcək - FOTO

09:40 - 16 İyul 2024

\"Qarabağ\" bu gün Avstriyada yoxlama oyunu keçirəcək - FOTO

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu daha iki yoxlama oyunu keçirəcək.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab” klubuna (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv