Kürəklərinə buz bağlayıb işləyirlər - FOTOLAR

14:12 - 25 İyul 2024

Kürəklərinə buz bağlayıb işləyirlər - FOTOLAR

Türkiyənin Diyarbəkir bölgəsində günlərdir istilik 40 dərəcədən yuxarı olduğu üçün insanlar yeni metoda əl atıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Diyarbəkir bölgəsində dönərxanada işləyən insanlar həddindən artıq istiyə dözmədikləri üçün kürəklərinə buz blokları bağlayıb işləyirlər. Onlar hər gün onlarla buz kubları əldə edərək kürəklərinə taxırlar. İşçilərin sözlərinə görə, əks halda işləmək mümkün deyil:

“14 ildir bu işlə məşğulam, bu il hər il temperatur daha yüksək olur. Havanın temperaturu 40 dərəcədir, lakin yanğının yaxınlığında 80 dərəcədir. Biz də kürəyimizə buz bağlayırıq. Bəzən çölə çıxırıq, ustalar dəyişir. Gündə təxminən 30 litr su içirik. O qədər istidir ki, hər gün buz sifariş edirik".

Qeyd edək ki, son bir həftə ərzində Türkiyədə tempratur 42-45 dərəcə arasında dəyişir.

Onlar kürəyinə bağlanmış buz blokları ilə işləyirlər: Gündə 30 litr su içirik

Onlar kürəyinə bağlanmış buz blokları ilə işləyirlər: Gündə 30 litr su içirik

 

 

Fidan Əliyeva

Manşet.az

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az