"Qalatasaray" braziliyalı hücumçu Teteni "Panatinaikos"a transfer etdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan komandasının bu transfer üçün sarı-qırmızılı futbolçulara 4 milyon 750 min avro ödəyəcəyi açıqlanıb.
Qeyd edək ki, ötən mövsümün əvvəlində "Qalatasaray"a gələn, lakin gözləntiləri doğrulda bilməyən 24 yaşlı futbolçu 45 rəsmi matça çıxıb və 3 qol vura bilib.
Fidan Əliyeva
Manşet.az