Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana işgüzar səfər edib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O, burada İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.
Şoyqu həmçinin ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq.
Bildirilib ki, danışıqlarda ticarət-iqtisadi layihələr, təhlükəsizlik, qlobal-regional məsələlər müzakirə olunacaq.
Fidan Əliyeva
Manşet.az