Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, 11 yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə "TOLO News" telekanalı Kabil Polis İdarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, avtomobil Daşt-e Bərçi ərazisində partladılıb.
"Hasht-e Subh" qəzetinin məlumatına əsasən, avtomobildə azı 20 nəfər olub. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Bundan əvvəl “Etilaatroz” qəzeti Kabilin qərbində dövlət neft anbarının ərazisində partlayış baş verdiyini yazıb.