"Google" və "Microsoft" texnologiya şirkətləri İordaniya, İslandiya, Şimali Koreya və Qana kimi ölkələrdən daha çox elektrik enerjisi istehlak edirlər.
Manset.az bu barədə xarici mediaya istinadla məlumat verir.
Google tərəfindən dərc edilən 2024-cü il Ətraf Mühit Hesabatına görə, məlumat mərkəzlərinin elektrik enerjisindən istifadəsi 2023-cü ildə 17 faiz artıb. Şirkətin məlumat mərkəzi qlobal miqyasda məlumat mərkəzləri tərəfindən istifadə edilən elektrik istehlakının 10 faizini təşkil edir.
Microsoft isə son 4 ildə süni intellekt sahəsindəki inkişaflarla böyük bir sıçrayış etdi. 2020-ci ildə 11 terawatt saat elektrik enerjisi istehlak edən şirkət 4 il ərzində elektrik istehlakını iki dəfədən çox artıraraq 24 terawatt saata çatıb.