Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Fələstin toplantısına qatıldı

18:22 - 15 Avqust 2024

Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Fələstin toplantısına qatıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Fələstinlə bağlı növbədənkənar iclasında iştirak edib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, mərasim heyətini salamlayan prezident Ərdoğan parlamentə daxil olarkən Fələstin prezidenti Mahmud Abbasla bir müddət söhbət edib. Prezident Ərdoğan Fələstin prezidenti Abbas və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla xatirə şəkli çəkdirib. Daha sonra Türkiyə Böyük Millət Məclisinin Ümumi Yığıncaq Salonunda yerini alan prezident Ərdoğan Fələstin dövlət başçısı Abbasın çıxışını izləyib.


Xəbər xətti

14 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin