Alman döyüş gəmiləri Tayvan boğazında təlimat gözləyir

15:03 - 19 Avqust 2024

Alman döyüş gəmiləri Tayvan boğazında təlimat gözləyir

Alman donanmasına aid iki döyüş gəmisi Tayvan boğazını keçmək üçün dəniz komandanlığından təlimat gözləyir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu addım Almaniya ilə Çin arasındakı gərginliyi artıra bilər. 

ABŞ və Kanada da daxil olmaqla müxtəlif ölkələr son həftələrdə Tayvan boğazından döyüş gəmiləri keçirsə də, Almaniya donanması sonuncu dəfə 2002-ci ildə boğazdan keçib.

Almaniya donanmasının bölgədəki əməliyyat qrupunun komandiri kontr-admiral Aksel Şulz keçidin "normal keçid" olacağını,həmçinin Çin donanmasının və sahil mühafizəsinin də onu müşayiət etməsini gözlədiyini və bunun normal bir tətbiq olduğunu bildirib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin