İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken İsraildə görüş keçirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahunun ofisindən verilən açıqlamaya görə,Blinkenlə üç saatlıq görüşü “pozitiv və yaxşı ruhda” keçib.
Həmçinin nazir Vaşinqtonun İsrail və HƏMAS arasında müharibəni bitirməklə bağlı razılığa gəlmək üçün göstərdiyi son diplomatik səyi girovların vətənə qayıtması üçün “yəqin ki, ən yaxşı, bəlkə də son fürsət” adlandırıb.