Avqustun 21-də Diyarbakırın Bağlar rayonunun Tavşantəpə kəndində itkin düşən 8 yaşlı Narin Güranın axtarışları davam edərkən yeni faktlar da üzə çıxıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində qardaşından sonra bu dəfə onun əmisi şübhəli qismində saxlanılıb.
Onun saxlanılma səbəbi hadisə günü telefonunun sönülü olması və kəndi tərk etməsidir.
Qeyd edək ki, azırda ondan DNT analizləri alınır, həmçinin telefonuna və sosial media hesabları dövlətin nəzarətindədir.

