Elvin Basqallıya ağır itki üz verib - FOTO
8 Oktyabr 2024
14:45 - 10 Sentyabr 2024
İran 2025-ci ildə 2 milyon qeyri-qanuni immiqrantı deportasiya edəcək.
Manset.az xəbər verir ki, bu barədə İran Polis Qüvvələrinin Baş komandanı general Əhməd Rza Radan İran dövlət televiziyasına açıqlama verib.
General bildirib ki, ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumlarla birgə tədbirlər görülür:
“Ölkədə qeyri-qanuni olan xeyli sayda icazəsiz xarici vətəndaşı sonuna qədər deportasiya edəcəyik. Bu il icazəsiz 2 milyona yaxın xarici ölkə vətəndaşı ölkədən deportasiya ediləcək".
Sovet İttifaqının 1979-cu ildə Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan qaçqın axını, ABŞ-nin işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir. Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana qeyri-qanuni mühacirlərin intensiv axını müşahidə olunur. İran rəsmiləri bildirirlər ki, qeyri-rəsmi məlumatlara görə, ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir
Prezident Məsud Pezeşkiyan da seçki kampaniyası zamanı qeyri-qanuni mühacirlərin ölkədə narkotik və məşğulluq kimi ciddi sosial zərərlərə səbəb olduğunu və bu problemi həll edəcəklərini bildirib.
Digər tərəfdən, İran ölkənin şərqində Əfqanıstanla sərhəddə 930 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.
Daxili İşlər Naziri İsgəndər Mumini sentyabrın 6-da verdiyi açıqlamada ölkədə qeyri-qanuni mühacirlərin bir çox problemlərə səbəb olduğunu və onların ən qısa zamanda deportasiya ediləcəyini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin