"BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? - RƏSMİ

16:36 - 12 Sentyabr 2024

Artıq 1 aydan çoxdur ki, "BakıKart"ın mobil tətbiqində yaranan nasazlıq aradan qaldırılmayıb. Vətəndaşlar hesablarında olan pulların silinməsi ilə bağlı narahatlıq keçirirlər.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb. Qurumun mətbuat xidmətindən cavab olaraq bildirilib ki, nasazlığın aradan qaldırılması ilə bağlı proses davam edir:

"BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.

Qeyd edək ki, vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq".


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin