İsrail Müdafiə Qüvvələri Livandan ölkə ərazisinə uçan bir neçə raket aşkarlayıb.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, raketlərin bir hissəsi ələ keçirilib, qalanları isə yaşayış olmayan əraziyə düşüb. Atışma nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl hərbçilər İsrailin şimalında bəzi ərazilərdə hava hücumu xəbərdarlığı barədə məlumat vermişdilər.