Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub.
Manset.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər. Əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində nümayiş etdirilən "Mədəniyyətimiz naxışların izi ilə" adlı sərgi ilə tanış olublar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümümün tamam olduğunu qeyd edib. Bildirib ki, 18 sentyabr həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. 1995-ci il sentyabrın 18-də Ümummilli lider Heydər Əliyev tərəfindən hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında fərman imzalayıb. Dahi bəstəkarın doğum günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu tədbirlərin ən əhəmiyyətlisi ilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalıdır. Adıçəkilən mötəbər musiqi bayramının bu il 16-cı dəfə gerçəkləşir.
Qeyd olunub ki, sentyabrın 18-dən 28-dək keçiriləcək festivalın proqramı üzrə Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəmkir, Lənkəran və Naxçıvanda maraqlı tədbirlər, konsertlər təşkil ediləcək. Eyni zamanda bütün ölkə üzrə bu münasibətlə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərslərini əhatə edir.
Budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Vyana, Türkiyə, Rusiya, Koreya, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) simpoziumu təşkil olunur. Simpozium çərçivəsində “Qədim mirasın əks-sədaları: türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” adlı müzakirə və panellər keçirilir.
Nazir müavini söyləyib ki, ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən onun xəritəsinə mədəniyyət paytaxtımız, Üzeyir bəyin doğma yurdu Şuşa şəhərinin də əlavə olunmasıdır: "Builki festivalda da Şuşa şəhərində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Şərqin ilk muğam operası – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” ölməz əsərinin tamaşası nümayiş olunacaq. Eyni zamanda Şuşadan daha bir görkəmli bəstəkarımız, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı da uzun müddət musiqisevərlərin zövqünü oxşayacaq, qəlblərində silinməz izlər qoyacaq. Üzeyir Hacıbəylinin sənəti tarixi-mədəni irsimizin ayrılmaz bir parçası kimi daim öz dəyərini qoruyub saxlayacaq".
Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra", "Firuzə" operasından "Firuzənin ariyası", xor və orkestr üçün "Bahar nəğməsi", bariton, xor və orkestr üçün "Kantata", "Milli marş", S.Ələsgərovun səs və orkestr üçün "Eşq olsun sənətkara" balladası, M.Mirzəyevin "Böyük ustada ithaf" poeması, İ.Hacıbəyovun piano və orkestr üçün "Cəngi" rapsodiyası, Ə.Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işləyəni Ayaz Qəmbərli), F.Əmirovun "Üzeyir Hacıbəyliyə ithaf", V.Allahverdiyevin "Aşıqsayağı" (Üzeyir bəyə ithaf) və S.Hacıbəyovun "Karvan" simfonik lövhəsi səsləndirilib.
Möhtəşəm gecədə ifa olunan hər bir əsər adını Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazdıran fədakar şəxsiyyətin əziz xatirəsinə ehtiramın ifadəsi kimi yaddaşlara köçüb. Bütün çıxışlar gurultulu alqışlarla qarşılanıb.
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi - FOTOLAR
10:26 - 19 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
20 Yanvar 2026 - 13:11
Səfər Əbiyev əsəbiləşdi - "Bəsdir, sual verdin, mən vətənimdəyəm"
20 Yanvar 2026 - 11:10
Bu rayonda qarın hündürlüyü 1,5 metri keçdi - FOTOLAR
20 Yanvar 2026 - 12:08
Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
19 Yanvar 2026 - 23:27
Azərbaycanda ZƏLZƏLƏ oldu
19 Yanvar 2026 - 21:01
“Qaçmaq nədir? Əməkdaşlıq etmişdik” - Nəsimi Nəbizadə
19 Yanvar 2026 - 20:10
44 yaşlı qadın dəm qazından boğuldu
19 Yanvar 2026 - 20:47
Heydər Əliyev də Davos İqtisadi Forumunda iştirak edir - FOTOLAR
20 Yanvar 2026 - 12:59
Məmurdan əməli ilə bağlı suallara məsuliyyətsiz AÇIQLAMA
20 Yanvar 2026 - 01:11
Kazana uçan təyyarə məcburi Bakıya endi
20 Yanvar 2026 - 10:30
Bakıda dönər üstündə QƏTL - Kuryer müştərini öldürdü
20 Yanvar 2026 - 08:30
20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş - FOTO
19 Yanvar 2026 - 23:33
Təbiət hadisəsi can aldı - 8 nəfər öldü
Xəbər xətti
- 20 Yanvar 2026
- 20:01 Tanınmış aktyorun səhhəti ağırlaşdı
- 19:43 “Hər iki ölkə sülh şəraitində yaşamağın nəticələrini daha çox nümayiş etdirməlidir”
- 19:36 “Bu vəziyyətdən zövq alırıq” - Prezident
- 19:23 Prezident Davosda panel iclasında iştirak edir - CANLI
- 19:17 Türkiyədə bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirdi - Araşdırma başladı
- 18:59 "Qrenlandiya ABŞ-yə münaqişənin qarşısını almaq üçün lazımdır"
- 18:41 Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
- 18:28 ADSEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
- 18:14 Bu ərazilərə qar yağır - Faktiki hava
- 18:07 “Azərişıq” Lerikdəki problemlə bağlı məlumat yaydı - VİDEO
- 17:57 Vaqif Allahverdiyevə hökm oxundu - FOTO
- 17:40 Təcili siqnal göndərdi - Sonra yoxa çıxdı
- 17:31 "Barselona" 100 milyonluq ulduzu transfer edəcək?
- 17:20 ADSEA abonentlərə müraciət etdi
- 17:18 İran Milli Bankının Bakı filialı borca düşdü
- 17:10 “Qarabağ”da transfer həyəcanı - Qış fasiləsində yenilik ola bilər
- 16:52 Prezidentin Davosda “Euronews”a müsahibəsinin tam mətni - FOTOLAR
- 16:45 “İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq”
- 16:33 “Liverpul” “Qarabağ”la oyundan əvvəl Slotu qovacaq?
- 16:24 "Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük" - İlham Əliyev
- 16:21 "Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur" - Azərbaycan Prezidenti
- 16:18 "Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur" - Prezident
- 16:16 “Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir” - Prezident
- 16:05 Qızıl BAHALAŞDI
- 15:53 İranda ölənlər və saxlanılanların sayı açıqlandı
- 15:43 Bakıda iki bacı faciəvi şəkildə öldü
- 15:38 Prezident Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb - FOTO
- 15:28 Bu gün və sabahla bağlı XƏBƏRDARLIQ
- 15:15 20 Yanvar hadisələri ilə bağlı bu şəxslərə mənzil verildi
- 15:07 “Əminliklə deyə bilərəm ki, indi qol vura bilməyəcək” - Qurban Qurbanov
- 14:54 Kəlbəcər rayonu 1 nömrəli məktəbdə 20 Yanvar şəhidləri anıldı - FOTOLAR
- 14:40 Ceyhun Bayramov Hakan Fidanla danışdı
- 14:38 Tramp Qrenlandiyaya ABŞ bayrağı “sancdı” - FOTO
- 14:25 İlham Əliyev finlandiyalı həmkarı ilə də görüşdü - FOTOLAR
- 14:16 Sabah Xankəndiyə ilk köç olacaq
- 14:07 Dastana çevrilən "İlham və Fərizə" sevgisi - VİDEO
- 14:01 Bakıda küçədə 93 yaşlı kişinin meyiti tapıldı
- 13:55 İlham Əliyev İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşdü
- 13:47 Ərdoğan keçmiş ulduzla basketbol oynadı - FOTOLAR
- 13:31 Sabah qar yağacaq - Yollar buz bağlayacaq
- 13:17 Ərdoğanın oğlu Tərtərdə - FOTOLAR
- 13:11 Səfər Əbiyev əsəbiləşdi - "Bəsdir, sual verdin, mən vətənimdəyəm"
- 13:02 Abşeronda 20 Yanvar faciəsi qurbanları anıldı - FOTOLAR
- 12:59 Məmurdan əməli ilə bağlı suallara məsuliyyətsiz AÇIQLAMA
- 12:34 Masallıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi - FOTOLAR
- 12:22 Kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ
- 12:08 Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
- 12:01 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
- 11:44 İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR
- 11:41 Güclü qar evin talvarını çökdürdü: 2 maşın altında qaldı - VİDEO
- 11:31 “İnter” “Arsenal”a qarşı - ÇL