Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub.
Manset.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər. Əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində nümayiş etdirilən "Mədəniyyətimiz naxışların izi ilə" adlı sərgi ilə tanış olublar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümümün tamam olduğunu qeyd edib. Bildirib ki, 18 sentyabr həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. 1995-ci il sentyabrın 18-də Ümummilli lider Heydər Əliyev tərəfindən hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında fərman imzalayıb. Dahi bəstəkarın doğum günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu tədbirlərin ən əhəmiyyətlisi ilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalıdır. Adıçəkilən mötəbər musiqi bayramının bu il 16-cı dəfə gerçəkləşir.
Qeyd olunub ki, sentyabrın 18-dən 28-dək keçiriləcək festivalın proqramı üzrə Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəmkir, Lənkəran və Naxçıvanda maraqlı tədbirlər, konsertlər təşkil ediləcək. Eyni zamanda bütün ölkə üzrə bu münasibətlə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərslərini əhatə edir.
Budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Vyana, Türkiyə, Rusiya, Koreya, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) simpoziumu təşkil olunur. Simpozium çərçivəsində “Qədim mirasın əks-sədaları: türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” adlı müzakirə və panellər keçirilir.
Nazir müavini söyləyib ki, ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən onun xəritəsinə mədəniyyət paytaxtımız, Üzeyir bəyin doğma yurdu Şuşa şəhərinin də əlavə olunmasıdır: "Builki festivalda da Şuşa şəhərində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Şərqin ilk muğam operası – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” ölməz əsərinin tamaşası nümayiş olunacaq. Eyni zamanda Şuşadan daha bir görkəmli bəstəkarımız, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı da uzun müddət musiqisevərlərin zövqünü oxşayacaq, qəlblərində silinməz izlər qoyacaq. Üzeyir Hacıbəylinin sənəti tarixi-mədəni irsimizin ayrılmaz bir parçası kimi daim öz dəyərini qoruyub saxlayacaq".
Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra", "Firuzə" operasından "Firuzənin ariyası", xor və orkestr üçün "Bahar nəğməsi", bariton, xor və orkestr üçün "Kantata", "Milli marş", S.Ələsgərovun səs və orkestr üçün "Eşq olsun sənətkara" balladası, M.Mirzəyevin "Böyük ustada ithaf" poeması, İ.Hacıbəyovun piano və orkestr üçün "Cəngi" rapsodiyası, Ə.Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işləyəni Ayaz Qəmbərli), F.Əmirovun "Üzeyir Hacıbəyliyə ithaf", V.Allahverdiyevin "Aşıqsayağı" (Üzeyir bəyə ithaf) və S.Hacıbəyovun "Karvan" simfonik lövhəsi səsləndirilib.
Möhtəşəm gecədə ifa olunan hər bir əsər adını Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazdıran fədakar şəxsiyyətin əziz xatirəsinə ehtiramın ifadəsi kimi yaddaşlara köçüb. Bütün çıxışlar gurultulu alqışlarla qarşılanıb.
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi - FOTOLAR
10:26 - 19 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
18 Sentyabr 2026 - 17:03
"İlham Əliyev Avropa İttifaqına bənzər Türk İttifaqı qurur, yalnız iki üstün fərqlə" - Azay Quliyev
18 Sentyabr 2026 - 11:50
Tahir Gözel bu bankın rəhbəri oldu
18 Sentyabr 2026 - 14:09
ADY Çindən alınmış yeni yük lokomotivlərini təqdim etdi - FOTOLAR
18 Sentyabr 2026 - 11:39
DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO
18 Sentyabr 2026 - 16:55
2 gün ardıcıl yağış yağacaq - XƏBƏRDARLIQ
18 Sentyabr 2026 - 16:40
Vüqar Əhmədov Ağdamda vətəndaşları qəbul etdi - FOTO
18 Sentyabr 2026 - 12:30
Bakıda bu yollar bağlanır - DYP-dən sürücülərə müraciət
18 Sentyabr 2026 - 15:54
Antalya Belek Universitetində "Qəzza üçün Elm Kafesi" tədbiri keçirildi - FOTOLAR
18 Sentyabr 2026 - 11:58
Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır
18 Sentyabr 2026 - 16:10
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - FOTO
18 Sentyabr 2026 - 10:48
Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu
18 Sentyabr 2026 - 18:12
İçərişəhərdə “GastroFest 2026" festivalı keçiriləcək
Xəbər xətti
- 19 Sentyabr 2026
- 09:55 "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı - Misli Premyer Liqası
- 09:45 Qaxda dəhşətli qəza - 4 nəfər yaralandı
- 09:35 Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - VİDEO
- 09:25 Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
- 09:15 Bu müəllimlər sertifikasiyadan azad ediləcək
- 09:07 “Brent” neftin qiyməti 103 dollara düşdü
- 09:00 "Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi
- 08:30 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir
- 08:00 Ən sağlam çay növü məlum oldu
- 01:30 Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
- 00:30 "Ronaldo hamı kimi futbolçudur, pis oynasa, meydana çıxmayacaq"
- 00:07 Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
- 18 Sentyabr 2026
- 23:54 İstanbulda bina çökdü - Yaralılar var
- 23:47 “NATO şişir və genişlənir” - Putindən Qərbə xəbərdarlıq
- 23:31 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu - VİDEO
- 23:17 Yardımlıda açıq ərazidə YANĞIN - VİDEO
- 23:00 Nazpəri Dostəliyeva 20 ildən sonra yenidən saray səhnəsində - FOTOLAR
- 22:46 “Fənərbağça” onlarla vidalaşacaq
- 22:39 Üzərində bıçaq xəsarətləri olan kişi meyiti tapıldı
- 22:31 İki ailə arasında silahlı insident - 1 ölü, 12 yaralı
- 22:25 Rusiyadan Yaponiyaya TƏLƏB
- 22:16 Nobel mükafatının məbləği artırıldı
- 21:51 "Qarabağ" "Şəfa"nı məğlub etdi
- 21:40 İraqda 10 illik qadağa bitdi – Hava məkanı mülki uçuşlara açıldı
- 21:32 Sumqayıtda azyaşlını avtobus vurub öldürdü
- 21:14 Bu küçədə hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 20:51 Maşında sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
- 20:30 Sevda Məmmədzadə vəfat etdi
- 20:15 "Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bərpa olunan həyat Zəfərimizin ifadəsidir"
- 19:56 Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
- 19:46 "Neftçi" qələbə qazandı
- 19:33 Yevlaxda yük maşınları toqquşdu - Xəsarət alan var
- 19:17 Bakıda daha 2 küçədə avtobus zolağı təşkil edilir
- 18:55 Milli Konservatoriyada Musiqi Günü qeyd olunub - FOTOLAR
- 18:38 Nizamidə Dövlət Suverenliyi Günü münasibətilə konfrans keçirildi - FOTOLAR
- 18:25 Hazırda 27 yolda tıxac var - SİYAHI
- 18:12 İçərişəhərdə “GastroFest 2026" festivalı keçiriləcək
- 17:55 Fransada dizelin qiymətində tarixi rekord qeydə alındı
- 17:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vuruldu
- 17:40 İsrail ABŞ-dən “kompensasiya” istəyəcək
- 17:36 AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
- 17:32 Azərbaycanda 2 yük maşını toqquşdu - Ölən və yaralanan var
- 17:26 Məktəbə silahlı hücum - 6 şagird öldü
- 17:24 Rəsmi Bakıdan Fransaya ÇAĞIRIŞ
- 17:16 "Gələcəyin mediasında əsas dəyər etibar və inam olacaq" - Hacıbəy Heydərli
- 17:08 Mədəndə böyük uçqun - 20 nəfər həyatını itirdi
- 17:03 "İlham Əliyev Avropa İttifaqına bənzər Türk İttifaqı qurur, yalnız iki üstün fərqlə" - Azay Quliyev
- 16:55 2 gün ardıcıl yağış yağacaq - XƏBƏRDARLIQ
- 16:48 Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
- 16:40 Vüqar Əhmədov Ağdamda vətəndaşları qəbul etdi - FOTO
- 16:32 “Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir” - Kamaləddin Qafarov