Tailandda evinə girən 4 metrlik pitonun qucaqladığı qadın xilas olmaq üçün iki saat gözləyib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təxminən 4 metr uzunluğunda olan ilan qadını bərk-bərk sararaq onu hərəkətsiz qoyub. Qadın bu qorxulu vəziyyətdən çıxmaq üçün iki saat kömək gözləməli olub.
Hadisə yerinə gələn xilasetmə qrupları gəldikdən sonra pitonu qadının üzərindən götürə biliblər.