Metroda problem yarandı - 4 dəqiqə gecikdi

09:04 - 30 Sentyabr 2024

Metroda problem yarandı - 4 dəqiqə gecikdi

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb. 
 

Bakı Metropolitenindən Manset.az-a verilən məlumatda bildirilir ki, normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb.

Heç bir problem olmadığından "Nərimanov" stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az