Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

11:07 - 2 Noyabr 2024

Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Serbiyanın Novi Sad şəhərində baş vermiş, faciəvi insan tələfatı və çoxlu sayda yaralı ilə nəticələnən dağıdıcı hadisə ilə bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial "X" media hesabındakı paylaşımında bildirilib.

"Biz yaxınlarını itirənlərin ailələrinə, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərindəki dəmiryolu vağzalında baş verən qəza nəticəsində 11 nəfər həyatını itirib, daha dörd nəfər xəsarət alıb.

Xatırladaq ki, 50 metr uzunluğunda şüşə, beton və metal konstruksiyalardan ibarət stansiya binasının tavanı ölkənin əhali baxımından ikinci ən böyük şəhəri olan Novi Sadda vağzal binasının üzərinə çöküb.

Serbiyada hökumət 2 noyabrı matəm günü elan edib.


Xəbər xətti

6 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin