Yeni təyin edilən 43 yaşlı icra başçısı kimdir? - DOSYE

13:35 - 4 Noyabr 2024

Yeni təyin edilən 43 yaşlı icra başçısı kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Manset.az yeni təyin edilən icra başçısının dosyesini təqdim edir.

Cabbar Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. O, Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

Yeni icra başçısı 2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

O, 2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Evlidir, iki övladı var.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin