Sabah bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
14 Dekabr 2024
14:29 - 29 Noyabr 2024
İtaliya sakinləri maaşların artırılması və sosial sektora investisiyaların artırılması tələbi ilə ümumi tətilə başlayıb.
Manset.az bu barədə ANSA-ya istinadən xəbər verir.
Dövlət və özəl sektorda çalışan işçilər səkkiz saatlıq tətil etmək niyyətindədirlər.
Nəqliyyat sənayesində İtaliyanın infrastruktur naziri Matteo Salvininin əmri ilə tətil dörd saatla məhdudlaşdırılacaq. Belə ki, su nəqliyyatı, avtobuslar, metro və tramvaylar yalnız yerli vaxtla saat 9:00-dan 13:00-dək fəaliyyətini dayandıracaq.
Hava hərəkəti yerli vaxtla saat 10:00-dan 14:00-dək dayandırılacaq. Bu müddət ərzində yanğınsöndürənlər işləməyəcək.
Bununla belə, tətil dəmir yolu xidmətlərinə təsir etməyəcək. Cümə günü İtaliyada ümumilikdə 43 etiraz aksiyası planlaşdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin