Bu klinikaya 412 milyonluq cərimə yazıldı - SƏBƏB

14:47 - 29 Noyabr 2024

Bu klinikaya 412 milyonluq cərimə yazıldı - SƏBƏB

ABŞ-nin Nyu-Meksiko ştatında fəaliyyət göstərən “NuMale” şirkətinin 2017-ci ildə halsızlıq şikayəti ilə klinikaya müraciət edən şəxsə yanlış müalicə tətbiq etdiyi iddiası ilə bağlı münsiflər məhkəməsi hökmünü açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Münsiflər heyətinin klinikanın "fırıldaqçılıq və səhlənkarlıq" davranışının zərərə səbəb olduğunu bildirən qərarına uyğun olaraq, klinika iddiaçıya 412 milyon dollardan çox təzminat ödəməyə məcbur edilib.

Hüquqşünaslar ediləcək əlavələrlə birlikdə ödəniləcək ümumi təzminatın ABŞ-də tibbi səhvlə bağlı məhkəmə tərəfindən indiyə qədər müəyyən edilmiş ən yüksək məbləğ ola biləcəyini ifadə ediblər.

 

 

 


Xəbər xətti

6 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin