Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO
6 Dekabr 2024
15:34 - 29 Noyabr 2024
"Ukrayna hərbi-sənaye kompleksi obyektlərinə zərbələr Rusiyanın ABŞ-nin raket hücumlarına cavabıdır".
Manset.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynaya endirdiyi zərbələrdən qəzəbləndiyi barədə bəyanatını şərh edərkən söyləyib.
O bildirib ki, Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə hücumlar Amerikanın Rusiya ərazisinə raket zərbələrinə Rusiyanın cavabı olub.
Məlumata görə, bu barədə noyabrın 28-i axşam mətbuat konfransında Rusiya lideri Vladimir Putinin özü danışıb.
Putin xəbərdarlıq edib ki, Amerika və digər xaricdə istehsal olunan bu raketlərdən belə istifadəyə icazə vermək məsuliyyətsizlikdir və gərginliyi artıracaq. Bu raketlərdən istifadə edilərsə, hər dəfə müvafiq cavab veriləcək ”, - Peskov vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin