Suriyada Əsəd ailəsi dövrünün sona çatmasının ardından devrilmiş lider Bəşər Əsədin qardaşı Mahir Əsədin paytaxt Şamdakı evi görüntülənib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əsədin qardaşı general-mayor Mahirə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb.
Qəddarlığı ilə tanınan Maher Əsəd general-mayorla bərabər rütbəyə malikdir və Suriya ordusunun elit dördüncü diviziyasına komandanlıq edirdi. Basqın zamanı Əsəd ailəsinə məxsus məxfi sənədlər və qiymətli əşyalar da ələ keçirilib.