“Mançester Siti” daha bir müdafiəçisini itirdi

10:38 - 8 Mart 2025

“Mançester Siti” daha bir müdafiəçisini itirdi

“Mançester Siti”nin müdafiəçisi Natan Ake sıradan çıxıb. 

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, niderlandlı müdafiəçi qarşıdakı 10-11 həftədə komandasına kömək edə bilməyəcək. Bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola məlumat verib. 

30 yaşlı futbolçu İngiltərə Kubokunun 1/8 finalında “Plimut”a qarşı keçirilən matçda (3:1) zədələnib.

Cari mövsümdə Ake “Mançester Siti”nin heyətində bütün turnirlər nəzərə alınmaqla 18 matça çıxıb.

Xatırladaq ki, daha əvvəl “Mançester Siti”nin digər müdafiəçiləri – Con Stounz və Manuel Akanci də zədələnib.


Xəbər xətti

27 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin