“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
17 Aprel 2026 - 16:34
Baş nazirin biznes və tikinti imperiyasının siyahısı yayıldı
18 Aprel 2026 - 11:07
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
17 Aprel 2026 - 19:03
Əhliman Əmiraslanov və Səməd Seyidov Antalya Diplomatiya Forumunda - FOTOLAR
17 Aprel 2026 - 14:00
Bu Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO
17 Aprel 2026 - 14:09
"Dost, qardaş Azərbaycana salamlar" - Jomart Tokayev
17 Aprel 2026 - 14:50
Binəqədidə DƏHŞƏTLİ HADİSƏ - Ölənlər var
17 Aprel 2026 - 15:45
Azər Hacıyevə yüksək vəzifə verildi
17 Aprel 2026 - 13:33
Hikmət Hacıyev Antalya Diplomatiya Forumunda jurnalistlərlə bir arada - VİDEO
17 Aprel 2026 - 17:30
11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI
17 Aprel 2026 - 17:15
Bu ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
17 Aprel 2026 - 21:43
Prezident ailəsi ilə Antalyada tədbirdə - FOTOLAR - YENİLƏNİB
17 Aprel 2026 - 16:23
25 nəfər girov götürüldü - Film kimi soyğunçuluq hadisəsi
Xəbər xətti
- 18 Aprel 2026
- 12:52 Şirvanda 3 nəfər narkotikə görə həbs edildi
- 12:35 İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - VİDEO
- 12:27 Küləklə bağlı əhaliyə MÜRACİƏT
- 12:08 Bakıda 3 yaşlı körpə binadan yıxılaraq öldü
- 11:55 Maşını hasara çırpdı, sıxılıb içində qaldı - VİDEO
- 11:51 Bu qurumlar birləşdirildi
- 11:38 "Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir" - Vüqar Rəhimzadə
- 11:22 ADY Şimal-Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır
- 11:07 General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
- 10:45 Orta məktəbdə yanğın oldu
- 10:27 "Barselona"dan "Atletiko"ya TƏKLİF
- 10:07 Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
- 10:00 Qatarlar artıq Kürdəmirdə də dayanır - 1 saat tez
- 09:46 Azərbaycan neftinin qiyməti azaldı
- 09:27 "Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər" - Tramp
- 09:10 85 yaşlı kişini maşın vurub öldürdü
- 09:00 Azərbaycan və Aİ yeni ikitərəfli sazişi müzakirə etdi - FOTOLAR
- 08:30 Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO
- 08:00 Qaraciyərə zərər verən 3 vərdiş
- 01:30 Süni intellektdən istifadə düşünmə qabiliyyətini zəiflədə bilər
- 00:30 "Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
- 00:02 Başlıbel qətliamından 33 il ötür
- 17 Aprel 2026
- 23:51 Gəmilərin Hörmüzdən keçidi üçün yeni qaydalar müəyyənləşdirildi
- 23:47 Gündə 2-3 fincan qəhvə içməyin müsbət təsiri - Araşdırma
- 23:38 “Blok imtahanında iştirak etməyi planlaşdırmıram” - 300 bal yığan Aydın
- 23:30 Allergiyası olanların NƏZƏRİNƏ
- 23:24 "Fənərbağça" son anda qələbəni əldən verdi
- 23:20 Unutqanlıq ciddi xəstəliklərin ilk əlaməti ola bilər
- 23:17 “Bunun üçün yeni qərarlar qəbul edilməlidir” - Vahan Kostanyan
- 23:08 Səhərlər isti su içmək faydalıdırmı?
- 22:55 Birinci xanımlar Antalya Forumunda - FOTO
- 22:49 Həddindən artıq düşünmə sağlamlığa zərər verir
- 22:33 “Bu proses iki ildən də az çəkdi”
- 22:23 Bir məşq 8 xroniki xəstəliyin riskini azaldır
- 22:11 "Neftçi" "Zirə" ilə heç-heçə etdi
- 22:00 Sabah muzeylərə giriş pulsuz olacaq
- 21:56 “Əvvəl mümkünsüz idi, indi reallıqdır”
- 21:43 Prezident ailəsi ilə Antalyada tədbirdə - FOTOLAR - YENİLƏNİB
- 21:38 "Sabah" yarımfinala vəsiqə qazandı
- 21:24 Ürək xəstəlikləri ilə bağlı ciddi xəbərdarlıq
- 21:16 Portağal şirəsindən daha faydalı imiş
- 21:11 Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirildi - FOTO - YENİLƏNİB
- 20:53 Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşdü - FOTOLAR
- 20:34 Mütəxəssislər valideynləri diqqətli olmağa ÇAĞIRIR
- 20:16 Azərbaycanda ağır QƏZA - Ölən var
- 19:59 İsrailin Livana hücumlarında ölənlərin sayı ARTDI
- 19:48 Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırdı
- 19:33 Təbiətə 133 mindən çox ziyan vuruldu
- 19:14 "Turan Tovuz" "Araz-Naxçıvan"a qalib gəldi
- 19:03 Əhliman Əmiraslanov və Səməd Seyidov Antalya Diplomatiya Forumunda - FOTOLAR
- 18:54 "Gürcüstan, Ermənistan və Azərbaycanın əməkdaşlığı genişlənir"