Təxminən bir il öncə nazirlik tərəfindən məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqə elan olunmuşdur. Nazirliyin açıqladığı qaydalara əsasən, müsabiqə üç mərhələdən ibarət idi: Yazılı imtahan, esse mərhələsi, müsahibə.
Mövcud qaydalara görə, müsabiqə prosesi maksimum 6 ay ərzində yekunlaşmalı idi. Lakin artıq 6 aydan uzun bir vaxt keçməsinə baxmayaraq, müsabiqənin yekun nəticələri hələ də açıqlanmayıb.
Müsabiqənin nəticəsi elan edilmədiyi halda, nazirlik tərəfindən 10 noyabr tarixinə qədər direktorların işə qəbulu üçün imtahansız müraciət pəncərəsi açıldığı barədə açıqlama verilib. Bu qərar imtahanın bütün mərhələlərini uğurla keçmiş yüzlərlə müəllim arasında ciddi narazılıq yaradıb. Digər yandan nazirliyin sanki özlərinə yaxın adamlar üçün imtahansız şərait yaratması barədə iddialar səslənir.
Direktorların işə qəbulu ilə bağlı bir il əvvəl elan edilən müsabiqənin nəticələri nə üçün hələ də açıqlanmayıb? Müsabiqənin nəticələri açıqlanmamışkən, direktorların işə imtahansız qəbuluna dair yeni qərarın verilməsi hansı qanunvericilik bazasına əsaslanır?
Manset.az Konkret.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən məktəbşünas, təhsil qanunvericiliyi üzrə ekspert və direktorların və müavinlərin işə qəbulu üzrə hazırlığı həyata keçirən Elşən Qafarov sualları cavablayıb:
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm” Pravda.az
“Bildiyiniz kimi, son 4-5 ildə biz Elm və Təhsil Nazirliyini “imtahan mərkəzi” kimi tanımaqdayıq. Təkcə elm sektorunda 190-a yaxın imtahan keçirilir. Direktorların işə qəbulu da onlardan biridir. İndiyə qədər belə idi ki, şagird sayı 150-qədər olan məktəblər üçün direktorun işə qəbulu bir keçirilirdi. Şagird sayı 150-dən 500-ə qədər olanlar üçün bir keçirilirdi. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün bir keçirilirdi. Bunların hər biri fərqli formatda idi. Şagird sayı 150-qədər olan məktəblər üçün guya müsahibə yolu ilə keçirilirdi. 150-500 saya, görə test yolu və müsahibə mərhələsi ilə, 500-dən yuxarı olan məktəblər üçün isə test, esse, müsahibə mərhələsi baş tuturdu. Bu proses aylarla davam edirdi. Bəzən müsabiqənin keçirilməsi 1 ildən növbəti ilə keçirdi. 2024-cü ilin oktyabr ayından onlarla, yüzlərlə namizədin şəxsi mesaj qutusuna bildiriş belə gəlmişdi ki, “müsabiqədə uğur qazandınız, tezliklə təyinat alacaqsınız”. O cümlədən də 2025-ci ildə bu proses davam etdi. 2024-cü ilin dekabr ayında şagird sayı 500-dən yuxarı olan məktəblər üçün müsahibə, yanvarda esse müsabiqəsi keçirildi. Həmin esse müsabiqəsinin nəticələri səhv etmirəmsə, sentyabr ayında açıqlandı. Daha sonra isə müsahibə keçirildi. Bunun nəticələri elan olunmamış, imtahan qaydaları dəyişdirildi. Bu prosesin qeyri-şəffaf olmasının açıq göstəricisidir. İndi də yeni qaydalara görə, məktəb direktorlarının işə qəbulu 2 formadadır. Şagird sayı 500-dən az olan məktəblər üçün bir keçirilir. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün isə bir keçirilir. Guya müsahibə formasındadır. Sənəd verən şəxslərin də böyük əksəriyyətinə imtina gəlib ki, “sənədləri sistemə düzgün yerləşdirməmisiniz”. Hansı ki, birinə deyirlər “əmək kitabçası düzgün yerləşdirilməyib”, digərinə deyirlər “diplomu düzgün yerləşdirmədin”.
Bu, sadəcə olaraq gülüncdür. Elm və Təhsil Nazirliyi bilməlidir ki, elektron hökumət haqqında Azərbaycan Respublikasının qanununa görə, o sənədlər ki, elektron hökumət sistemlərindən əldə etmək mümkündür, bunu artıq şəxsən təqdim etməyə bərabər tutulur. Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsində açıq şəkildə göstərilir ki, bir işçini işə qəbul etmək istəyirsənsə, əgər, elektron hökumət sistemlərində o sənədlər varsa, onu əyani şəkildə tələb edə bilməzsən. Reallıq ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin başı imtahan oyunlarına qarışıb. Hər regionun, özünün tədris işləri üzrə direktor müavinlərinin də öz imtahanı var. Hər regionun, özünün 12 regional idarə var və NMR isə 13-cü və ayrı regionaldır. Bir də Bakı şəhər Təhsil İdarəsidir. 14 yerli təhsil idarəetmə orqanı var. Hər birində tədris üzrə müavinin imtahanı ayrı, təşkilatçı müavinin imtahanı ayrı, təsərrüfat üzrə müavinlərin imtahanı ayrı, psixoloqun imtahanı ayrı, kitabxanaçının imtahanı ayrı, laborantın imtahanı ayrıdır. Bunların da hər biri iki mərhələdən ibarətdir. Nəticə etibarilə görün nə qədər rəqəmlər alınır. O cümlədən də direktorların işə qəbulu… Həmçinin, lisey və gimnaziyalara uşaqların qəbulu, müasir metodistlərin işə qəbulu… Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə elm və təhsil siyasətini həyata keçirməkdir. İmtahanları həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzi var. Mən düşünürəm ki, ümumiyyətlə Elm və Təhsil Nazirini bu imtahan xəstəliyindən azad etmək üçün birmənalı şəkildə onun imtahan keçirməsi qadağan edilməlidir. Ali rəhbərlik səviyyəsində deyilməlidir ki, Elm və Təhsil Nazirliyinin əsasnaməsi var. Ölkə prezidenti 24 iyul 2023-cü ildə təsdiq edib. Açıq şəkildə orada göstərilir ki, Elm və Təhsil Nazirliyinin vəzifələri hansılardır. Onun imtahan keçirmək vəzifəsi yoxdur. Nazirə bildirmək lazımdır ki, qoy, imtahanlarla Dövlət İmtahan Mərkəzi məşğul olsun. Siz də gedin ölkənin Elm və Təhsil siyasəti ilə məşğul olun. Bu gün təhsil müəssisələrindəki problemlər göz qabağındadır. Çox təəssüf ki, təhsil müəssisələrində sistem dağılıb. Psixoloji iş yox səviyyəsindədir. Ölkənin təhsil büdcəsi yalnız təlimlərə, layihələrə xərclənir. Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə İsrail dövlətinə 50 müəllim, direktor və s. göndərilmişdi. 19 günə 500 min manat pul xərclənib onlara. 500 min manat dövlət büdcəsinin orta hesabla hər bir şəxsə 10 min manat pul xərclənib. Dövlət büdcəsini bu şəkildə boş və mənasız yerə xərcləmək düzgün deyil. Gəlin, onların qiymətləndirilməsini aparsınlar görək, təlim onlara nə verib. Ölkənin təhsil büdcəsi dağıdılır. İmtahanlara da büdcədən nə qədər pul xərclənir. Hər bir imtahan namizədinə150 manatdan, o cümlədən, sertifikasiya məsələlərinə görə 120 manatdan yuxarı pul xərclənir. İmtahanlar da bərbad şəkildədir. Elə bir imtahan yoxdur ki, orada bu və ya başqa formada problem olmasın. Artıq insanların bu imtahanlara inamı itib. Baxmayaraq ki, sənəd verənlərin sayı çoxdur. Bəlkə də fikirləşirlər ki, bu dəfə fərqli olar. Amma şəffaf olacağına artıq inam yoxdur. Bunlar heç bir qanunvericilik aktına sığmır”.
Emin Əmrullayevlə bağlı ŞOK İDDİA: Təhsil eksperti elə şeylər danışdı ki...
14:45 - 20 Noyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Noyabr 2026 - 23:43
Şəhid xanımı avtomobil qəzasında həlak oldu
24 Noyabr 2026 - 16:44
İlham Əliyev Maka Boçorişvilini qəbul etdi - FOTOLAR
24 Noyabr 2026 - 18:15
18 marşrut xəttinin hərəkət sxemi DƏYİŞDİRİLİR
23 Noyabr 2026 - 22:16
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - VİDEO
23 Noyabr 2026 - 22:52
Şəmkirdə parçalanmış meyit tapıldı
24 Noyabr 2026 - 01:30
Öskürəyi dayandırmağın 8 sadə üsulu
23 Noyabr 2026 - 23:29
6 uşaq atası Kürdə batdı - "Dedim ki, getmə, sözümə baxmadı"
24 Noyabr 2026 - 00:30
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
24 Noyabr 2026 - 11:41
Sərnişin avtobusu ilə yük maşını toqquşdu - 11 nəfər həlak oldu
24 Noyabr 2026 - 09:50
Bakıda yeni quraşdırılacaq işıqforlar bu qaydada çalışacaq - FOTOLAR
24 Noyabr 2026 - 12:19
Məhkum ataya güzəşt edildi - Uşaqlarını məktəbə aparacaq
24 Noyabr 2026 - 15:22
“Atlas Medical Center”in rəhbəri vəfat etdi
Xəbər xətti
- 24 Noyabr 2026
- 21:48 Türkiyədə helikopter qəzaya uğradı
- 21:33 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirildi - FOTOLAR
- 21:12 Hikmet Çetin vəfat etdi
- 20:51 Türkiyədə güclü zəlzələ oldu
- 20:32 BDYPİ-dən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT
- 20:17 “Barselona”ya qarşı oynayırıqsa, motivasiyaya ehtiyac yoxdur” - Dambrauskas
- 19:59 Səhiyyə nazirinə yeni müşavir təyin edildi
- 19:46 Bəzi ərazilərdə külək güclənir - Faktiki hava
- 19:33 Gömrükdə yoxlama zamanı insident yaradan sərnişinlə bağlı AÇIQLAMA
- 19:16 Bakıda qadın küçədə öldü
- 18:54 İlin ilk Super Ayı görünür
- 18:53 Ceyhun Bayramov gürcü həmkarı ilə müzakirə apardı
- 18:32 “Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
- 18:15 18 marşrut xəttinin hərəkət sxemi DƏYİŞDİRİLİR
- 17:59 Ambulanslarla bağlı yeni tələb - TƏBİB-dən açıqlama
- 17:53 “Qalatasaray”ın “Aston Villa” ilə oyununu hansı kanaldan və saat neçədə izləyək?
- 17:46 Azərbaycanda kirayə mənzil fonduna daha 90 mənzil əlavə olundu
- 17:38 Evdən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı
- 17:34 "7 şərt yerinə yetirilmədən heç bir addım atılmayacaq" - Qalibaf
- 17:30 Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək
- 17:27 ABŞ sirli məxluqla bağlı sənədləri ortaya çıxardı
- 17:20 Bayramovla Boçorişvili arasında görüş keçirilir - FOTO
- 17:16 Kilauea vulkanı püskürdü - Lavalar 200 metrə qalxdı
- 17:05 Fuad Allahverdiyevin keçmiş xanımı azadlığa buraxıldı
- 16:58 Papa Fransiskin şəxsi gündəliyi ortaya çıxdı - "3 dəfə şeytanla qarşılaşdım"
- 16:53 “Barselona” Bakıdan maraqlı paylaşım etdi - VİDEO
- 16:52 İnsanlar quş istilasına uğradılar - Romada qeyri-adi hadisə
- 16:50 Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16:44 İlham Əliyev Maka Boçorişvilini qəbul etdi - FOTOLAR
- 16:41 Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ
- 16:35 "Huangın geri dönməsi üçün “Nvidia”nı mən razı saldım" - Tramp
- 16:35 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı
- 16:30 "Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır" - Vüqar Rəhimzadə
- 16:24 Qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT
- 16:21 Mark Rutte Donald Trampla görüşəcək
- 16:05 Azərbaycanlı güləşçiyə 3 illik cəza verildi
- 16:00 Kiçik sahibkarlara vergi güzəştinin tətbiqi şərtləri açıqlandı
- 15:52 19 yaşlı tələbə güllələnərək öldürüldü - Düşərgə zamanı FACİƏ
- 15:47 Rusiya Zaporojye şəhərinə hücum etdi - Həlak olanlar var
- 15:47 Qəbələdə Yengicə su anbarı tikilir - VİDEO
- 15:41 Avstraliya ABŞ və Çinə xəbərdarlıq etdi
- 15:39 Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdi
- 15:28 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
- 15:22 “Atlas Medical Center”in rəhbəri vəfat etdi
- 15:17 Sərnişin avtobusu aşdı - 19 nəfər yaralandı
- 15:13 Baş nazirlər Bakıda görüşdü - FOTO
- 15:12 Serbiyada məktəbdə silahlı hücum - 2 nəfər yaralandı
- 14:55 Sərhədi pozan 5 əfqanıstanlıya hökm oxundu
- 14:51 İranda güclü partlayış baş verdi
- 14:39 Vyetnamda güclü PARTLAYIŞ - 6 nəfər həlak oldu, 10 nəfər yaralandı
- 14:29 Cəlilabadda 2 maşın toqquşdu - Xəsarət alanlar var